ÜMUMİ MƏLUMAT


Emobile - əməkdaşlıq etdiyi şirkətlərin biznesin inkişafı, satışların artırılması, müştəri sadiqliyi və digər məqsədlərinə yönəlik xidmət və həllər təklif edən peşəkar marketinq agentliyidir.

2013-cü ildən bir kontent provayderi olaraq fəaliyyətə başlayan şirkətimiz hazırda mobil marketinq, sadiqlik layihələrinin qurulması və idarəedilməsi, telemarketinq, onlayn hesabatlılıq, toplu telekom məhsullarının satışı, eləcə də mobil tətbiqlərin hazırlanmasıı və digər xidmətlər göstəməklə öz tərəfdaşlarının biznesinə əhəmiyyətli töhfələr vermiş kontent, məhsul və xidmətlər provayderinə çevrilib.

Hazırda peşəkar İT mütəxəssisləri, marketinq heyəti, çağrı mərkəzi və digər logistik heyətə sahib bir şirkət olaraq Bakcell, Mastercard, Unibank, Xalqbank, Azərfon kimi iri şirkətlərlə, ayrı-ayrı layihələr çərçivəsində isə yüzlərlə hotel, restoran, əyləncə mərkəzi, mağazalar şəbəkəsi və digərləri ilə tərəfdaşlıq edirik.



PRİNSİPLƏRİMİZ


• Tərəfdaşlarımızın biznesinə faydalar qazandırmaq;

• Geniş mobil və onlayn kommunikasiya kanallarından yararlanmaqla tərəfdaşlarımızın məhsul və xidmətərini tanıtmaq;

• Biznesin inkişafına dair yeni kreativ ideyalar təqdim etmək və gerçəkləşdirmək;

• Partnyorlarımızın mövcud büdcə imkanları ilə ən yaxşı nətiləcələrə nail olmaq;

• Partnyorlarımızın müştəriləri üçün əlçatan və asan texnoloji həllər yaratmaq və tətbiq etmək;



Yüklənir