Telemarketinq üzrə ixtisaslaşmış şirkət olaraq Emobile müxtəlif çeşidli məhsul və xidmətlərin seçilmiş müştəri bazasına ən effektiv üsulla satışını həyata keçirir.
Hazırda Emobile Zəng Mərkəzi mobil operatorlarla tərəfdaşlıq etməklə tarif paketləri, mobil nömrələr və digər məhsulların B2B və B2C tipli satışını həyata keçirir. Həmçinin, konsert biletlərinin, sığorta paketlərinin satışı üzrə təcrübə toplamış heyətimiz çeşidli məhsul və xidmətlərin satışı imkanlarına malikdir.