SADİQLİK


Emobile - biznesin inkişafı üçün müştəri sadiqliyi və CRM proqramlarının əhəmiyyətini başa düşərək bu istiqamətdə öz partnyorlarına xidmətlər təklif edir. Şirkətimiz bu cür proqramların bütün mərhələləri üzrə konsaltinq xidmətləri, dizayn və İT həll, sahə işi və s. həyata keçirilməsində geniş təcrübəyə malikdir. Emobile bu proqramlar vasitəsilə öz tərəfdaşlarına aşağıadakıl faydaları qazandırır:

  • Müştəri məmnunluğu
  • Seqmentlənmiş müştəri bazasına çıxış
  • Müştəriləriniz haqqında etibarlı məlumat bazası
  • Məhsul və xidmətləriniz haqda artan məlumatlılıq
  • Satışlar üzrə periodik hesabatlar və analizlər
  • Biznes hədəflərinizi başa düşən, müştərilərlə əlaqələrinizi yaxşılaşdırmaq və satışlarınızı artırmaq üçün Sizinlə yaxından əməkdaşlıq edən komanda
  • Tələblərinizə ən uyğun gələn və Sizə yeni müştərilər qazandıran marketinq planları

Emobile şirkətinin eksklüziv icraçısı olduğu Bakcell Ulduzum Loyallıq Proqramı telekommunikasiya sahəsində ən yaxşı istehlakçı xidmətləri nominasiyası üzrə Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrindən 250 namizəd arasında birinci yeri tutmuş və 14.09.2015 tarixində Dubayda “The Telecoms World Middle East Awards 2015” mükafatı ilə təltif edilmişdir.

Emobile ölkənin və dünyanın ən adlı-sanlı brend və şirkətləri ilə tərəfdaşlıq edərək müştəri sadiqliyi sahəsində geniş təcrübəsi ilə aşağıdakı digər uğurlu layihələri həyata keçirib:

  • Mastercard
  • Unibank
  • Hesab.az
  • KATV
  • Megafun
  • İdeal
  • Və s.



Yüklənir